İranın hərbi donanması ABŞ-ın dəniz sərhədlərinə yola düşüb

9 Fevral 2014 10:52 (UTC+04:00)
İranın Hərbi-Dəniz Qüvvələrinin komandanlığı hərbi gəmilərinin ABŞ-ın dəniz sərhədlərinə yola düşdüyünü elan edib. Movqe.az-ın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb. "İranın Hərbi-Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri ABŞ-ın dəniz sərhədlərinə yaxınlaşmaqdadır, və bu manevr Amerika üçün bir ismarıcdır", deyə ötən gün İranın şimal hərbi donanmasının komandanı admiral Afşin Rezayi Həddad bildirib.Onun sözlərinə görə, gəmilər Cənubi Afrika yaxınlığından üzüb keçərək Atlantik okeana doğru üz tutacaq. İran bu addımı ABŞ hərbi gəmilərinin Fars körfəzində olmasına etiraz əlaməti olaraq atdığı bildirilir.