Azərbaycanda iş adamının gənc oğlu faciəvi şəkildə öldü- Fotolar
9 Fevral 2014 10:00 (UTC+04:00)
Dünən axşam saat 19 radələrində Bakı-Qusar yolunda
ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az
xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Qusar
şəhəri ərazisində 90-NF-003 nömrə nişanlı "Maserati" markalı
avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır
yaralanıb.Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20
yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.
Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini
Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar
Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Lent.az-ın məlumatına
görə, gənclərin dostları sosial şəbəkələrdə onların "Şahdağ"
İstirahət Mərkəzinə dincəlməyə getdiklərini, geri qayıdarkən qəzaya
uğradıqlarını yazıblar. Məlumata görə, F. Dadaşov iş adamı Nazim
Dadaşovun oğludur.