Əli Xamneyi: ABŞ İrandakı rejimi devriltmək istəyir, lakin bunu edə bilmir

9 Fevral 2014 17:03 (UTC+04:00)
ABŞ İrandakı rejimi devriltmək istəyir, lakin bunu edə bilmir. Movqe.az-ın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamneyi ötən gün Tehranda İslam İnqilabının 35-ci ildönümü ilə bağlı çıxışı zamanı deyib. "Amerikalılar rəsmi şəkildə bəyan edirlər ki, onlar İrandakı rejimi dəyişməyə çalışmırlar. Bu yalandır. Onlar bunu edə bilsəydilər, tərəddüdsüz edərdilər", deyə o bildirib. Ali dini liderin sözlərinə görə, İran ABŞ-a münasibətdə ona görə düşmən mövqe tutub ki, Vaşinqton həmişə digər ölkələrə nəzarət etmək və onların daxili işlərinə müdaxilə etməyə çalışır.  Əli Xamneyi qeyd edib ki, İran özünü qorumaq üçün taktikasını dəyişməlidir, lakin, eyni zamanda da öz əsas dəyərlərini qoruyub saxlamalıdır.