Öcalandan Ərdoğana tərif dolu məktub: “Söz möhtərəm lidersiniz”

9 Fevral 2014 17:29 (UTC+04:00)
"Söz möhtərəm lidersiniz". Bu sözlər Abdullah Öcalanın qardaşı Osman Öcalanın Rəcəb Tayyib Ərdoğana yazdığı məktubda yer alıb.  O, məktubda "kürd açılımı" siyasətinə görə, baş nazirə tərif dolu sözlər deyib: "Siz möhtərəm lidersiniz. Bu açılımın qarşısını almaq istəyən bütün qüvvələri məhv etmisiniz. Hər zaman sizə yardımçı olmaq istərdim. Bunun üçün sadəcə pasporta ehtiyacım var".  Qeyd edək ki, Osman Öcalan 26 il PKK terror təşkilatının tərkibində Türkiyəyə qarşı vuruşub. Abdullah Öcalan həbs edildikdən sonra Osman Öcalan terror təşkilatının sıralarında xeyli yüksəlib. Hətta PKK rəhbərinin müavini vəzifəsini də icra edib.  "Fərhad" kod adıyla tanınan Osman Öcalan Ergenekon davasında adı hallandığına görə PKK sıralarından uzaqlaşdırılıb. Hazırda İraqın şimalında çörəkçi kimi fəaliyyət göstərən O.Öcalana qəbilə liderləri də maddi yardım göstərirlər.