Həftənin ilk iş günü hava necə olacaq?

9 Fevral 2014 20:39 (UTC+04:00)

Movqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Temperatur gecə 0-3° isti, gündüz 5-10° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında - hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 4-9° şaxta, dağlıq ərazilərdə 13° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında - hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında - hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 1-6° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz və Qusar rayonlarında - hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-9°, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında - hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında - hava gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.