Artıq çəki ömrü neçə il qısaldır?

9 Fevral 2014 20:48 (UTC+04:00)

Əgər kişi 20 yaşınadək özünü normal çəkidə saxlayırsa, sonradan onun kökəlməsi ehtimalı çox azdır.

Rusiya mətbuatının yaydığı xəbərdə deyilir ki, 20 yaş ərəfəsində piylənmədən əziyyət çəkən insanlar digərlərilə müqayisədə təxminən 8 il tez ölür.

Danimarka alimlərinin 5000 kişi arasında apardıqları araşdırma göstərib ki, istənilən yaşda piylənmədən əziyyət çəkən insanın tez ölmə riski 2 dəfə artıqdır.