Bakı Metrosunda problem
10 Fevral 2014 10:00 (UTC+04:00)
Bu gün Bakı Metropolitenində sərnişinlər müəyyən
problemlərlə üzləşiblər. ANS PRESS-in hadisə yerində olan
müxbirinin verdiyi məlumata görə, "Həzi Aslanov" stansiyasından
"Dərnəgül" stansiyası istiqamətinə gedən qatarların hərəkətində
nizamsızlıq müşahidə olunub. Belə ki,
"Həzi Aslanov", "Əhmədli" və "Xalqlar Dostluğu" stansiyalarından
qatarlar yalnız "İçəri şəhər" stansiyasına getdiyi göstərilib. Bir
neçə qatar keçəndən sonra qatarların hərəkətini göstərilən tabloda
hələ də "İçəri şəhər" stansiyası göstərilib. Daha sonra növbətçi
sərnişinlərə "Dərnəgül" stansiyasına getmək üçün "Neftçilər", yaxud
da, "Nəriman Nərimanov" stansiyalarına getməyi xahiş edib.
Bu vaxt ərzində "Dərnəgül" stansiyası
istiqamətinə gedən sərnişinləri sayı çoxalıb. Bununla da, Həzi
Aslanov", "Əhmədli" və "Xalqlar Dostluğu" stansiyalarında sərnişin
sıxlığı yaşanıb.
Məsələ ilə əlaqədar Metropolitenin hərəkət
xidmətinin rəisi Hidayət Məmmədovun ANS PRESS-ə açıqlamasında
qatarların hərəkətində heç bir problem yaranmadığını
bildirib. "Sadəcə qatarların
hərəkətində müəyyən gecikmələr ola bilər. Burada heç bir nasazlıq
yoxdur. Hazırda metroda heç bir problem yoxdu", - deyə Hidayət
Məmmədov bildirib.