Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq qatarı yola salınacaq
10 Fevral 2014 09:20 (UTC+04:00)
Bu il Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq
qatarı yola salınacaq. Movqe.az xəbər verir ki,
bu barədə "Azərbaycan Dəmir Yolları"
QSC-nin sədr müavini Qurban Nəzirov məlumat verib.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin plan üzrə getdiyini
vurğulayan Q.Nəzirov bildirib ki, bu il Bakıdan Türkiyəyə ilkin
olaraq işçi qatarın yola salınması
planlaşdırılır. "İlin sonuna nəzarət
qatarını sərhədə qədər göndərə biləcəyik. Gələn ildən isə dəmir
yolunun tam istismara verilməsi gözlənilir. Əlverişsiz hava
şəraitinə baxmayaraq tikinti işləri Gürcüstanın Marabda-Axalkalaki
sahəsində davam etdirilir. Axalkalaki stansiyasının da tikintisi
aparılır".
Relyefdən asılı olaraq Bakı-Tbilisi-Qars dəmir
yolunun layihə üzərində bir neçə dəfə dəyişiklik edildiyini deyən
Qurban Nəzirov bu səbəbdən yolun tikintisində bəzi gecikmələr
olduğunu bildirib. Görülən işlər nəticəsində dəmir yolu istismara
verildikdən sonra qatarlar hava şəraitindən asılı olmayaraq normal
hərəkət edə biləcəklər.