Qızları sünnət etməyək!-FOTOLAR/Video

10 Fevral 2014 11:55 (UTC+04:00)

İngiltərədə qızların sünnət edilməsiylə bağlı layihə başladılıb. İngilis qəzeti "Guardian"ın dəstək olduğu kampaniya Mayl Qav tərəfindən qızları müdafiə etmək naminə başladılıb. Movqe.Az "The Guardian"a istinadən xəbər verir ki, kompaniya 17 yaşlı tələbə Fatma Məhəmməd tərəfindən yönləndirilir. Fatma qəddarlıqla sünnət olunan ənənəyə qarşı çıxmaq üçün yeni yol axtarır. O, artıq qızların sünnət edilməsi əleyhinə başladılan mübarizədə 150.000 imza toplaya bilib. Belə ki, yay tətili "kəsilmə mövsümü" halına gəlib. Qızlar İngiltərədən evlrinə qayıdanda sünnət edilir. Fatma, ailəsi Somalidə yaşayan, özü İngiltərədə təhsil alan, 8 yaşında qəddarlıqla  sünnət edilən 9 nəfərlik ailənin sünnət edilmiş qızlarından sadecə biridir. O dünyaya mesaj göndərməklə, bütün bəşəriyyətdən yardım istəyir. O, dərdini "Guardian" a danışdı. "Guardian" da ona kömək edir.  Hazırda 66.000 İngiltərə və Uelsdə sünnət olunan qız var. Onlardan 24.000-i 15 yaşından az yaşdadır. 

Xatırladaq ki, qadınların genetal bölgələrinin kəsilməsi 1985-ci ildən qadağan edilib. 2003-cü ildə İngiltərədə bunu edən şəxsə 14 il həbs cəzası verilib. Noyabr ayında isə, iki nəfər 5 həftəlik körpə qız uşağını sünnət etməkdə təqsirli bilindiyindən həbs edilmişdi.

Yazıyla əlaqəli başqa məlumatı http://www.movqe.az/v5/26354.html linkindən əldə edə bilərsiniz. 


Fatma Məhəmməd