Mətanət İsgəndərlinin ifa etdiyi “Gəl xoşbəxt olaq” mahnısına rəqib mahnı - VİDEO

10 Fevral 2014 12:53 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərlinin ifa etdiyi "Gəl xoşbəxt olaq" mahnısına əsl rəqib olan mahnı hazırlanıb. Əməkdar artistinin ifa etdiyi mahnı toy və nişan mərasimlərinin açılışının ən reytinqli mahnısı hesab olunurdu. Amma müğənni Bəxtiyar Nuriyevin ifa etdiyi "Mənimlə evlənərmisən?" mahnısı hazır olana qədər...

Belə ki, "Art Records" Prodüser Mərkəzinin araşdırmasına görə, toy və nişan mərasimlərinin açılışında ən çox oxunan və sevilən mahnı Bəxtiyar Nuriyevin ifasında "Mənimlə evlənərmisən?" mahnısı siyahıda ilk olub.

Müğənni B.Nuriyev Movqe.az-da bu fikirlərə belə aydınlıq gətirib:

"Mənim repertuarımda bir çox sevilən mahnılar olsa da, deməliyəm ki, bu mahnının xüsusi yeri var. Yəqin ki, bu da mahnıda melodiyanın axıcı olması və ən əsasıda mahnının sözlərinin toy və nişan mərasimlərinin açılışında mövzuya tam uyğun olmasıdır. Hətta deyərdim ki, tamamlanmış bir fikri ifadə etməsidir. "Mənimlə evlənərmisən" mahnısına görə, bəstənin müəllifi Fərid Kərimliyə, gözəl sözlərə görə isə Səyyarə Nəbiyə, o cümlədən, klipin ərsəyə gəlməsində "Art Records" prodüser mərkəzinin rəhbəri Fuad Təkə və mərkəzin rejissoru Orxan Əliyə səmimi təşəkkürümü bildirirəm".

Müğənni onu da qeyd edib ki, mahnıya çəkilmiş klipdə bir-birini sevən müxtəlif taleli gənclərdən bəhs edilir.

B.Nuriyev onu da əlavə edib ki, yaxın günlərdə ifa etdiyi "Nə mənası var?" adlı mahnısına da klip çəkdircək. Klipi "Art Records" komandasına həvalə edəcəyini söyləyib.

Məlumat üçün bildirək ki, əməkdar artist Mətanət İsgəndərlinin ifa etdiyi "Gəl xoşbəxt olaq" mahnısı vals üslübunda yazılıb və artıq 2 ilə yaxındır toylarda gəlin və bəylərin sevərək rəqs etdiyi musiqi nömrəsidir. Mahnının müəllifi Sevinc Mansurovadır.