Röyadan sərt ismarış: "Qısası, paltarlarıma ağız büzənlərə demək istəyirəm ki..."

10 Fevral 2014 13:23 (UTC+04:00)
Müğənni Röya Ayxan sonuncu konsertindən sonra sosial şəbəkədə onu qınayanlara elə sosial şəbəkə vasitəsilə cavab verib: 


" Çox sevdiyim modelyer və inanılmaz zövqə malik Səbinə Hüseyninin 2005-ci ildən işlərinə vurğunam. Qısası, paltarlarıma ağız büzənlərə demək istəyirəm ki, səhifəmə girib əsəbləşməyin. Cavan uşaqlarsınız, ağzınız əyiləcək".