Suriya sülh danışıqlarının ikinci mərhələsinə start verildi - FOTOLAR

10 Fevral 2014 14:00 (UTC+04:00)

Suriya höküməti və müxalif nümayəndələr arasındakı sülh danıqşıqlarının ikinci mərhələsinə bu gün start verilcək. Bu haqda Movqe.Az BBC-yə istinad edir.  Danıışıqların ilk mərhələsi  ötən ay nəticəsiz olaraq Cenevrdə başa çatmışdı. Halbuki, BMT səfiri Lakhdar Brahimi "ortaq zəmin" olduğunu demişdi. Mühasirəyə alınmış Homs şəhəri üç günlük atəşkəslə evakuasiya edilib. Evakuasiya zamanı belə, atışmalar davam edib, 7 nəfər həlak olub, çox sayda insan yaralanıb. Tərəflər isə bir- birini təqsirləndirir. Xatırladaq ki, vətəndaş münaqişəsi  başladığı 2011-ci ildən bu yana 100 min insanın həyatına son qoyub, 9.5 milyon insan evindən didərgin düşüb.