Demət Akalın uşağının ilk şəklinin çəkilməsi üçün 100 min təklif olundu - FOTO

10 Fevral 2014 13:39 (UTC+04:00)
g3 gün əvvəl Maslaktakı xüsusi bir xəstəxanada ilk körpəsi Hirayı qucağına alan müğənni Demət Akal xəstəxanadan çıxdı. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Okan Kurtla birlikdə xəstəxanadan çıxan zaman cütlük jurnalistlərə yaxalanmamaq üçün Hiranı gizlədiblər. 


Qeyd edək ki, bir müddət əvvəl  Hiranın ilk fotoşəkilini dərc etmək üçün cütlüyə 100 min lirə təklif olunmuşdu. Ancaq Demət Akal və həyat yoldaşı bu təklifi qəbul etməmişdi.