Sertifikasiya imtahanlarında həkimlər üçün sürpriz-Eksklüziv

10 Fevral 2014 13:43 (UTC+04:00)

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tibb ixtisasları üzrə test bazasını daha da təkmilləşdirmək və yeniləmək məqsədi ilə əlavə test suallarının hazırlanmasına başlayıb. Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından məlumat verilib. Məlumata görə, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə işçiləri, test suallarının hazırlanmasında fəal iştirak etməyə dəvət edilir. Ətraflı məlumat almaq istəyənlər  (012) 433-09-82, (012) 433-08-93 nömrələrinə zəng edə və ya bilavasitə Sertifikasiya Komissiyasına müraciət edə bilərlər. Həmçinin bildirilib ki, artıq kardiologiya və yoluxucu xəstəliklər ixtisası üzrə nümunəvi test suallarına əlavələr və dəyişikliklər edilib. Nümunəvi suallarla tanış olmaq istəyənlər internet saytının "Test nümunələri" bölməsinə daxil olmalıdırlar. Əlavə məlumat almaq üçün 433 - 08 - 93 nömrəli telefona zəng edə bilərlər.