Avtomobil hədiyyəsindən sonra düşmən dosta çevrildi

10 Fevral 2014 15:21 (UTC+04:00)
Əvvəllər müğənnilər Əli Mirəliyev və Manaf Ağayev arasında xoşagəlməz söz-söhbətlərin olduğu hər kəsə məlumdur. Lakin indi hər iki müğənni sanki ağ bayraq qaldırıb. Mövqe.az-a daxil olan məlumata görə guya bu barışığa səbəb Manaf Ağayevin Əli Mirəliyevə hədiyyə olaraq avtomobil hədiyyə etməsidir. Elə bu sualla da müğənni Əli Mirəliyevə müraciət etdik . Sualı eşidən Əli Mirəliyev sanki cin atına mindi : " Xeyr, avtomobil verməyib . Mən piyadayam. Avtomobilim də yoxdur. Axı kimin nəyinə lazım Manaf mənə nə verib".

Bəs nə üçün əvvəllər Manaf Ağayevi tənqid edirdiniz indi isə tərifləyirsiniz sualına Əli Mirəliyev belə cavab verib : " Sən nə demək istəyirsən. Ayıbdır yekə qızsan mənə belə sual verirsən".


"Sözün düzü sual verməyin ayıb olduğunu bilmirdik" dedikdən sonra müğənni daha bizlə danışmaq istəməyib, sağollaşmadan dəstəyi asdı.