Mahmud Kərimovun xatirəsi anılıb

10 Fevral 2014 21:23 (UTC+04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Mahmud Kərimovun vəfatından bir il ötür. Movqe.az-ın AMEA-nın saytına istinadən məlumatına görə, akademik Akif Əlizadənin rəhbərliyi ilə akademiyanın həqiqi və müxbir üzvləri, elmi-tədqiqat institutlarının nümayəndələri, tanınmış elm xadimləri və ziyalılar Fəxri Xiyabanda Mahmud Kərimovun məzarını ziyarət ediblər. Onlar görkəmli alimin qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.