“Kurtlar Vadisi Pusu”ya ikinci Polad gəlir

11 Fevral 2014 09:35 (UTC+04:00)

Türkiyənin tanınmış müğənnisi Ebru Polad Türkiyənin reytinq rekordçusu "Kurtlar Vadisi Pusu" serialına transfer olunub.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə xəbəri Türkiyənin paparazzi saytları yayıb.  Məlumata görə, serialın prodüsseri Ebru Polada filmdə çəkilməyi təklif edib. Jurnalistlərin suallarına cavab verən müğənni bu iddiaları doğrulayıb və danışıqların müsbət keçdiyini deyib.   Qeyd edək ki, müğənninin serialda hansı obrazı canlandıracağına dair məlumat verilməyib.