Əkrəm Əylislinin ölüm xəbəri yayıldı: "Məhkəməyə verib analarını mələr qoyacam"

11 Fevral 2014 10:05 (UTC+04:00)

Bu gün gecə saatlarında Jurnalist Araşdırma Mərkəzinin rəsmi saytı (Jam.az) Azərbaycanın tanınmış yazıçılarından olan Əkrəm Əylisinin dünyasını dəyişdiyi barədə xəbər yayıb. "Tanınmış yazıçının gecə saatlarında dünyasını dəyişdiyi deyilir. Azərbaycanın tanınmış yazıçılarından olan Əkrəm Əylisinin dünyasını dəyişdiyi xəbərləri yayılıb. JAM.AZ sosial şəbəkələrdəki məlumatlara istinadən xəbər verir ki, məşhur yazıçının dünyasının dəyişməsi gecə saatlarında baş verib. Məlumatın nə dərəcədə doğru olub-olmadığı isə tərəfimizdən araşdırılır. Qeyd edək ki, Əkrəm Əylisli həmçinin ötən ilin ən qalmaqallı yazıçısı da sayırıldı. Yazdığı sonuncu kitabında yazıçı ermənilərin mövqeyini müdafiə edən fikirlərə yer verdiyi üçün cəmiyyət tərəfindən sərt qınanılmışdı.", -deyə xəbərdə bildirilib. Yazıçının sözügedən məsələ ilə bağlı Publika.az-a zəng etməsi deyilənlərin doğru olmadığını göstərib. Əkrəm Əylisli bu xəbərdən bərk qəzəbləndiyi üçün əsəblərinə hakim ola bilməyərək, saytın ünvanına bəzi xoşagəlməz ifadələr işlədib: "Bütün deyilənlər yalandır. Mən ölməmişəm, həyatdayam. O......raş köpək uşağı. Məhkəməyə verib analarını mələr qoyacam"