Paytaxtın ən böyük zavodunda faciə

11 Fevral 2014 10:13 (UTC+04:00)

Bakının ən böyük zavodlarından birində aparılan təmir gənc oğlanı həyatdan apardı. Nərimanov rayonu ərazisində yerləşən Baku Steel Company MMC-də tavanı təmir edən 29 yaşlı Adil Qafarov ehtiyatsızlığın qurbanı olub. O, tavanı təmir edərkən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə prokurorluq və polis əməkdaşları gəliblər.  Nərimanov Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozmanın ölümə səbəb olması (162.2) maddəsi ilə cinayət işi başlanıb. 


Gülər