İngiltərədən internetə məhdudlaşdırma!

11 Fevral 2014 11:27 (UTC+04:00)

İngiltərədə gəncləri şiddətə təşviq edən saytların fəaliyyətinin dayandırılması üçün işlər görülür.


İngiltərədəki koalisiya hökuməti , şiddət məzmunlu videoların olduğu internet saytlarına mane olmağı planlaşdırır.


İngiltərə Daxili İşlər Nazirliyi , ölkə xaricindən yüklənən şiddət məzmunlu görüntülərə daxilolmanın qarşısının alınması üçün internet şirkətlərilə danışıqlar aparır. 


Planların , keçmiş Təhlükəsizlik naziri Ceyms Brokenshire tərəfindən hazırlandığı bildirilib.


Movqe.Az xəbər verir ki, ingilis hökuməti tərəfindən edilən şərhdə, Suriyadan Birləşmiş Krallıq torpaqlarına dönən kəslərin , gənclər üzərində mənfi təsir yaradacağını iddia edərək bunlar tərəfindən hazırlanan saytlara da maneə törədiləcəyi deyilib.

Mövcud tətbiq görə , polis və Krallıq Prokurorluğu internetə yüklənmiş videoların aradan qaldırılmasını tələb edə bilir. Bu çərçivədə Fevral 2010-cu ildən bu yana , "terrorizm məzmunlu " olduğu bildirilən 21 mindən çox məzmunun aradan qaldırıldığı yazılır.