Sibel Can sevgililər günü münasibətilə sürpriz edəcək

11 Fevral 2014 11:22 (UTC+04:00)

Məşhur türk müğənni Sibel Can "Galata" adlı yeni albomunu 14 Fevral sevgililər günündə çıxartmağı planlaşdırır. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, albomda, Halil Sezainin "Qalata" və "Oh Oh", Sezen Aksunun "Şükran", Fəttah Canın "Erkek erkeğe" Serdar Ortaçın "Nihayət", Berksanın "Narsist" adlı mahnıları yer alacaq. Qeyd edək ki, Sibel Can albomun foto şəkilləri üçün, iki gün ərzində Qalata, Qalata Körpüsü, Taksim və Misir Çarşısında kamera qarşısına çıxıb.