Samsung Gear daha ucuz olacaq?

11 Fevral 2014 12:40 (UTC+04:00)

Samsung ötən ilin avqustunun sonunda Galaxy Note 3 üçün təşkil etdiyi "Unpacked" fəaliyyətində yeni nəsil ağıllı saatı "Galaxy Gear"ı tanıtmışdı. Movqe.Az xəbər verir ki, ilkin mərhələdə yalnız Galaxy Note 3 və Galaxy Note 10.1 Edition tərəfindən dəstəklənən ağıllı saat , növbəti dövrlərdə Android 4.3 yeniləməsiylə Galaxy S4 , Galaxy S3 və Galaxy Note 2 tərəfində də dəstəklənib.


Dizayn , qiymət və batareya ömrüylə istifadəçilərdən çox tənqid alan Galaxy Gear üçün yayımlanan yenilikləri batareya müddətinə bir qədər təsir etsə də , xüsusilə qiymətilə bağlı tənqidlər edilib. 


Cənubi Koreya mediasında yayımlanan yeni bir hesabat "Galaxy Gear 2"in MWC 2014-cü ildə Galaxy S5-ə yoldaşlıq edəcəyini bildirib. Elastik ekrana sahib olacağı deyilən ağıllı saat həmçinin əvvəlki modelə görə daha diqqətçəkici dizayna sahib olacaq. Hesabatda əsl diqqət çəkən məqam  isə Samsung , Galaxy Gear 2-in əvvəlki modelə nisbətən daha ucuz bir qiymətə satışa təqdim edilməsi olacaq.


250-300 dollar arasında bir qiymətə sahib olması gözlənilən Galaxy Gear-ın bu sayədə daha çox satış etməsi gözlənilir. Qiymətin salınmasındakı əsl faktorun isə Applenin iWatch adlı ağıllı saatı olduğu iddia edilir. Gələn xəbərlər "iWatch"un 299 dollar etiket qiymətinə sahib olacağını göstərir ki , Samsung qiymət mövzusunda rəqibinə nisbətən daha aqressiv olmağı məqsəd qoyur.


Ölkə xaricində 350 dollardan satışa təqdim Galaxy Gear hazırda ölkəmizdə 300 manatdan satışdadır.