Savadlı tələbələr mili statuslu universitetlərdə oxuyacaqlar

11 Fevral 2014 14:04 (UTC+04:00)

"Təhsil Nazirliyi ali məktəblərin mili statuslu və digər statuslu universitetlərə bölünməsini zəruri sayır və hazırda bununla bağlı meyarlar hazırlanır".

Movqe.az  xəbər verir ki,  bunu Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. C. Bayramov deyib ki, Azərbaycanda ali təhsilin bütün növləri pulludur: "Sadəcə, bir qisim dövlət hesabına ödənilir, söhbət dövlət sifarişindən gedir. Hazırda dövlət tərəfindən sifarişlərin yerləşdirilməsi meyarları hazırlanır.

Həm dövlət, həm də özəl ali təhsil müəssisəsi milli statuslu ola bilər. Əsas ali məktəbin akademik səviyyəsidir. Təhsil Nazirliyi hesab edir ki, yüksək savadlı tələbələr dövlət sifarişi ilə mili statuslu universitetlərdə oxumalıdırlar".