Mətanət Əsədova həbsxanada ölən bacısının intihar səbəbini açıqladı - ŞOK - EKSKLÜZİV
11 Fevral 2014 15:26 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, müğənni Mətanət Əsədova bacısının intihar
səbəbini açıqlayıb. Mövqe.az xəbər verir ki, həbsxanada bacısı
intihar edən müğənni əməkdaşımızla söhbəti zamanı bacısının ona
məktub yazdığını da etiraf edib : " Bacımın ölüm səbəbi qarşılıqsız
sevgi idi. Dayım oğlunu çox sevirdi. Evli idilər. Ancaq həmin oğlan
demişdi ki, mən səndən qisasımı alacağam. Çünki bizim ailə ilə
düşmən idi. Heyfini də belə çıxdı. 110 kiloluq cənavər bir qız idi.
Qarşılıqsız sevgi onu belə vəziyyətə saldı. Çünki o, oğlan bunun
tayı deyildi. O, heç bilmir sevgi nədir , qayğı nədir... Nə qədər
məsləhət gördük qulaq asmadı. O oğlanın fikri o idi ki, ay Mətanət
oxuyacaq və bizim nəslimizi dolandıracaq, elə bizi yemləyəcək".
Mətanət Əsədova bacısının sadəcə qurban getdiyini açıqlayıb: "
Qardaşımın boynuna şər atıb, onu tutdurdular. Dedilər ki, guya
mənim qardaşım dayım arvadını öldürüb. Uşağı həbs etdilər. Mən
gedib, çıxardım. Dayımoğlu da söz verdi ki, onun anasının yanına
bizim ailədən kimsə gedəcək və sözünü tutdu da... Sadəcə mənim
bacım onun güdazına getdi. Dərman vermişdi ona... Narkotikə aludəçi
etmişdi...".