Azərbaycanda şagird məktəb direktorunu döyüb?

11 Fevral 2014 18:39 (UTC+04:00)
Hacıqabul rayonu, Qızılburun kəndində baş verdiyi deyilən hadisə ilə bağlı yeni açıqlama gəlib.
Məsələ ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyəti təhsil şöbəsinin müdiri Şükür Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə heç bir fakt qeydə alınmayıb. Sadəcə olaraq 2012-ci ilin dekabr ayında məktəb direktoru ilə orada işləyən ədəbiyyat müəlliminin qızı arasında insident yaşanmışdı. Həmin insident böyümüşdü və iş prokurorluğa qədər çatmışdı. Sonradan həmin şəxslər barışdılar və vəziyyət düzəldi. "Lakin bu yaxınlarda belə bir hadisə baş verməyib", - deyə Şükür Məmmədov əlavə edib.