Aksiz vergi dərəcələri azaldılıb

11 Fevral 2014 18:52 (UTC+04:00)

Nazirlər Kabineti "Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edib.Movqe.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən Aİ-95 markalı avtomobil benzininin aksiz vergisinin dərəcəsi 159%-dən 64%-ə, Aİ-92 markalı avtomobil benzininin aksiz vergi dərəcəsi 134%-dən 65%-ə, Aİ-80 markalı avtomobil benzininin aksiz vergi dərəcəsi 134%-dən 66%-ə endirilib.Dizel yanacağının aksiz vergi dərəcəsi 57%-dən 18%-ə, reaktiv mühərrik yanacağının aksiz vergi dərəcəsi 68%-dən 9%-ə, nafta (ilkin emal benzini) aksiz vergi dərəcəsi 70%-dən 13%-ə, maye qazın aksiz vergi dərəcəsi 69%-dən 22%-ə, DT-36 markalı mühərrik yanacağının aksiz vergi dərəcəsi 170%-dən 24%-ə, DT-20 markalı mühərrik yanacağının aksiz vergi dərəcəsi  160%-dən 31%-ə, soba mazutunun aksiz vergi dərəcəsi 147%-dən 3%-ə, BN-60/90, BNB-60/70 markalı bitumun aksiz vergi dərəcəsi 180%-dən 11%-ə salınıb. Ağ neft, qaz benzini, M-12VB, M-14V2 markalı mühərrik yağı, İ-12A, İ-20V, İ-40A, İ-8B1, İ-30V markalı sənaye yağları, T-22, T-30, T-46 markalı turbin yağları, T-1500 markalı transformator yağı və koksun aksiz vergi dərəcələri dəyişməyib.