Xaçmazın Ağtala kənd sakini 68 yaşlı Əhməd İskəndərov 3 gün əvvəl
Nərəcan kəndindəki mağazadan aldığı çörəyin icindən təxminən 4-5 sm
uzunluğu olan kafel parçası tapıblar. Ailə üzvləri çörəyi yaxşı
yemədiklərinə sevinərək magazaya üz tutublar .Əhməd kişi ilə birgə
Nərəcan kəndindəki həmin mağazaya yollandıq. Təbii ki, mağaza
sahibi gəlişimizi xoş qarşılamadı. Mağaza sahibi Şahin
Qeybullayevin fakta münasibəti isə belə oldu. Mağaza sahibi, Şahin
Qeybullayev: "Ona mən cavabdeh deyiləm hər gələn çörəyi analizdən
keçirməli deyiləm ki".
Bu cavadan sonra isə şikayətçi ilə çörəyin bişirildiyi Xaçmaz
şəhərindəki Paknur çörəkbişirmə müəssisəsinə gəldik. Amma bu
müəssisədə də Əhməd kişini top - tüfənglə qarşıladılar. Müəssisənin
məsul nümayəndəsi İlham Allahverdiyev şikayətçidən ona çörəyi bütöv
gətirməyi tələb etdi və bunu özlərinə şantaj saydı. Məsul nümayəndə
ANS-ə açıqlamasında bunu onlarla rəqabət aparan digər müəssisələrin
təxribatı da adlandırdı.