Ancelina Coli gözəlliyinin sirrini açdı

11 Fevral 2014 20:58 (UTC+04:00)
Tanınmış Hollivud ulduzu Ancelina Colinin uzun illər ərzində formada qalması bir çoxları üçün maraqlıdır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, aktrisa formada qalmasının sirrini açıb. O, əsasən, dənli bitkilərlə qidalanır. Gündəlik rasionunda qarabaşaq, boranı tumu, kinoa və az sayda qoz istifadə edir.

Coli hesab edir ki, bu cür rasionla o, həm yüngül qalır, həm də ki dərisi gözəl olur. Səhərlər isə bir qaşıq kakos yağı içir.