Sevdiyi qıza görə intihar etdi

12 Fevral 2014 10:21 (UTC+04:00)

Sevdiyi qıza görə müşahidə qülləsinə çıxan 17 yaşlı Azad Şıxaliyev özünü hündürlükdən atıb


Kürdəmir rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon sakinlərinin anspress-ə verdiyi məlumata görə, dəmir yolu stansiyasının yaxınlığındakı müşahidə qülləsinə çıxan gənc oğlan özünü hündürlükdən atıb.


Təxminən 30-35 metr hündürlüyü olan qüllədən atılan oğlan ağır vəziyyətdə xəstəxanaya aparılıb. 


Əldə edilən məlumata görə, intihar edən oğlan 1995-ci il təvəllüdlü Şıxəliyev Azad Xasay oğludur. O sevdiyi qıza görə günorta saatlarında qülləyə çıxıb və qışqıraraq özünü atacağını deyib. Ətrafa xeyli insan toplaşıb, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də əraziyə cəlb edilib. 


Lakin danışıqlar nəticə verməyib. Daha sonra A.Şıxəliyevin sevdiyi qız da hadisə yerinə gəlib. Həmin qız da qülləyə çıxaraq Azadla danışmağa çalışıb. Lakin gənc oğlan inadından dönməyib və özünü yerə atıb.