Yorğunluğu azaldan bitkilər

12 Fevral 2014 10:38 (UTC+04:00)

İş həyatından, ev işlərindən, uşaq baxımından, gəzməkdən bir çox şeydən yorulanlar üçün müxtəlif qidaların qəbulu da xeyirli hesab olunur.

Türkiyə mətbuatında yayımlanan məlumata görə qaynar südün içinə bir damla cirə atmaqla bədən ağrılarını aradan qaldırmağın mümkün olduğu, armudun isə həm xəstəliklərə qarşı, həm də yorğunluğa qarşı bədənin müqavimətini artırdığı bildirilir. İtburnu bitkisi də halsızlığa qarşı xeyrirlidir.

Paxla çiçəklərinin isə toplanaraq kölgədə qurudulması daha sonra çay kimi dəmlənərək içilməsinin, bədəndə olan zəhərləri çıxarmağa kömək etdiyi və sidik qovucu olduğu bildirilir. Yazda içiləcək ballı baba çayı (dalamaz) deyilən bitki növü qanı təmizləyir, bədənə rahatlıq verir və qüvvətləndirir. 

Tozağacı yarpaqlarından edilən çay, bədən yağlarına qarşı təsirlidir.

Xaçgülü deyilən bitkinin tərkibində isə bol miqdarda vitamin və mineralın olduğu bildirilir. Onun həmdə bədənə gümrahlıq verdiyi deyilir. 

Adi dazı bitkisinin isə uzun sürən xəstəliklərdən bədəni zəif olanlar üçün qüvvətləndirici təsiriə malik olduğu bildirilir.