Türkiyəli prodüsser: "Aygün Kazımovadan sonra o, daha şanslıdır"

12 Fevral 2014 11:19 (UTC+04:00)

Türkiyənin tanınmış prodüserlərindən olan Ahmet Akkaya seçimində israrlıdır. Sevincin yaradıcılığında son yenilikləri izləyib, sənətçimizə işbirliyi təklifi ünvanlayan Ahmet bəy bunu rəsmiləşdirməyə qərar verib. O, belə bir açıqlama ilə şəxsi sosial səhifəsində çıxış edib.

"Azərbaycan musiqi dünyasının öndə gələn simalarından olan Sevinc Musayeva ilə layihələrə yol almağa hazırıq" - yazan, prodüser Aygün Kazımovadan sonra Sevinc Musayevanın şanslı biri olacağına inandığını bildirib.

Mövqe.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Ahmet Akkaya sənətçimizin həm özünü, həm Azərbaycanın musiqilərini tanıtmaq imkanı qazanacağını əminliklə söyləyib. Prodüser Sevinc xanımla bağlı sürpriz planlar da nəzərdən keçirib. Lakin sənətçimiz hələki qərar verməkdə israrlıdır:

"Konkret iş görülmədən vəd vermək istəmirəm. Hələki bunları yuxu kimi görürəm. Gerçəyə dönərsə, yuxu olmadığına inanacam. Türkiyədə yaradıcılıq asan deyil və çox maliyyə tələb olunur. Bəlkə də bu işbirliyi başqa bir müqavilə şərtləri ilə olacaq. İstanbula səfər edib, şərtləri incələdikdən sonra qərar verə biləcəm".