Torpaq Komitəsinin sədri bələdiyyələri ittiham etdi
12 Fevral 2014 11:45 (UTC+04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK)
sədri bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması
faktından narahatdır. Komitənin
sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bəzi
bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması halları
var: "Mən bunu mütəmadi olaraq deyirəm. Bəzən elə bələdiyyələr olur
ki, hətta qonşu sahələrə sərəncam verir".
Q.Məmmədov deyib ki, bələdiyyədən sərəncam,
möhürlü kağız almaq hüquqi sənəd demək deyil: "Sənəd o vaxt olur
ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada
ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sona
o, sənəd sayılır".