Obama-Beyons məhəbbəti yalan çıxdı

12 Fevral 2014 12:40 (UTC+04:00)

ABŞ prezidenti Barak Obamanın, Fransa Prezidenti Fransua Hollande şərəfinə verdiyi axşam yeməyində Mişel və Obama sanki düşmənlərini qısqandırıb. 


Movqe.Az xəbər verir ki, Hollandenin yaxından izlənilən ABŞ ziyarətindən əvvəl qalmaqallar kəsilmək bilməyib. Əvvəl Hollandenin qadağan məhəbbətinin ortaya çıxmasıyla Valerie Trierveilerlə əlaqəsini bitirməsi gündəmi xeyli məşğul etmişdi. 


Hollande buna görə, ABŞ ziyarətinə tək getmək məcburiyyətində qalıb. 


Daha sonra Obamanın müğənni Beyons ilə qadağan eşq yaşadığı söz-söhbətləri bir günlük də olsa gündəmi məşğul edib. İddianı ortaya atan Fransız jurnalist "Böyük bir zarafat etdiyini" söyləyib, lakin bu zarafat Obama cütlüyünün arasının pis olması söz-söhbətlərini yenidən gündəmə gətirmişdi.


Lakin bütün bunlar, Mişel Obamanın kefini pozmayıb. Mişel Obama, Karolina Herrera imzalı paltarıyla gecənin yeganə birinci xanımı olmağın dadını çıxarıb.