Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat
Birliyi bir sıra rayonların qaz istismar sahələrinin əməkdaşlarına
işdən çıxarılma ilə bağlı bildirişlər
paylayıb. Bu barədə Modern.az saytına
daxil olan məlumatda bildirilir ki, bəzi rayonlarda qaz istismar
sahələrinin işçilərinə özlərinə tezliklə iş tapmaqları tövsiyə
olunub.
Modern.az məlumatı dəqiqləşdirmək üçün "Azəriqaz"
İstehsalat Birliyi ilə əlaqə saxlayıb.
Məsələyə aydınlıq gətirən "Azəriqaz"ın mətbuat
xidmətinin rəhbəri Araz Ağayev xəbəri təsdiqləyib.
"Bildirişlərin verilməsi doğrudur. Bu addım
strukturun təkmilləşdirilməsi ilə əlaqədar atılıb. Zaqatala
Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz,
Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin
əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanılıb.
Amma bu o anlama gəlmir ki, kimsə işdən çıxarılacaq, ixtisar
olunacaq. Sadəcə, struktur təkmilləşdirilməsi ilə əlaqədar
ştatların çoxu bir mərkəzdə cəmlənəcək. Prosesdən xəbərdar olması
üçün işçilərə işdən çıxarılma ilə bağlı bildirişlər
verilib".