Manaf Ağayev sosial şəbəkədə tanış olduğu qızı ...

12 Fevral 2014 12:51 (UTC+04:00)
Müğənni Manaf Ağayev sosial şəbəkədə qızla tanış olması xəbərinə açıqlama gətirib. Mövqe.az-ın əməkdaşı ilə danışan zaman müğənni bunun yalan olduğunu söyləyib: " Mənə heç elə şey yaraşmaz. Mən ümumiyyətlə sosial şəbəkədən istifadə etmirəm. Heç başım da çıxmır... Oğlum mənim adımla girir. O, istifadə edir. Ola bilər onun işidir".


Xatırladaq ki, bir müddət əvvəl kimsə müğənni Manaf Ağayevin adından açılan profil ilə qızlarla tanış olub, onları görüşə çağırırmış.