Ərəbistan şəhzadəsinin gizli mülk dəyəri açıqladndı!

12 Fevral 2014 15:25 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Şahzadəsi Alvaleed , xəzinəsində cəmiyyətə açıqlanması lazım olmayan 12 milyard dollara yaxın pulu olduğunu söyləyib.


Özünü Səudiyyə Ərəbistanının "Warren Buffet"i olaraq görən sərmayəçi Şahzadə Alvaleed , ictimayyətə açıqlanması lazım olmayan 12 milyard dollarlıq mülkü olduğunu söyləyib.


Movqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı Şahzadəsinin investisiya fondu Kingdom Holdings , 5 Sentyabrdan bu yana 52 faiz nisbətində dəyərləndirilib. Fondun dəyəri 5 Sentyabrda 52 həftənin ən aşağı səviyyəsinə geriləmişdi.


Fonundakı ani geriləməylə əlaqədar danışan Səudiyyə Şahzadəsi , "Rəsmi olaraq açıqlamaq məcburiyyətində olmadığımız mülklərdə sərmayələrimiz var. Bu investisiyaların dəyəri 11-12 milyard dollar civarındadır. Bazarda bu  sərmayələrin dəyəri iki qatına belə çıxa bilər" deyib.


Şəhzadəsinin son dövrdəki sərmayələrinin başında Twitter , Four Season otelləri və Çin mərkəzli internet saytıyla alış-veriş xidməti təqdim edən JD.com saytı gəlir. JD.com , Çinin ən böyük ikinci online pərakəndə şirkətidir.