Finlandiyada donuz qripi tapıdı!

12 Fevral 2014 17:20 (UTC+04:00)

Finlandiyanın paytaxtı Helsinkidə donuz qripindən 3 nəfər həlak olub. 


Helsinkidəki Uusimaa Xəstəxanasında donuz qripi virusu səbəbiylə 2 aydır reanimasiyada qalan 10 xəstədən 3-ü dünyasını dəyişib. 


Movqe.Az xəbər verir ki, Xəstəxananın Baş həkimi As konJarvinen, donuz qripi səbəbiylə təxminən iki aydır reanimasiyada müalicə görən 10 xəstədən 3-ün öldüyünü ifadə edərək, reanimasiyadakı xəstələrin əvvəldən qrip peyvəndi olmadıqlarını qeyd edib.

 

İnfeksiya Mütəxəssisi Dr. Eava Ruotsalainen, həyatını itirən 3 xəstənin yaşlarının 55-65 arasında dəyişdiyini, amma hazırda müalicə görməkdə olan ən gənc xəstələrinin isə 37 yaşında olduğunu bildirib. 


Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı hesabata görə, 2009-ci ildən başlayaraq bütün dünyanı təsiri altına alan donuz qripi səbəbiylə 203 min insan həlak olub. Təşkilat  2010-ci ildə donuz qripini epidemiya xəstəliyi kimi elan etmişdi.