"Müsəlman qanı almırıq!"

12 Fevral 2014 15:07 (UTC+04:00)

Avstriya Qırmızı Xaç ( Österreichisches Rotes Kreuz ) Təşkilatının Linz şöbəsində vəzifəli bir həkimin "Müsəlman və Türk qanı ala bilmərik " şərhi , böyük etirazlar yaradıb.

 

Movqe.Az xəbər verir ki, Qırmızı Xaçta vəzifəli bir həkimin "Müsəlman və Türk qanı ala bilmərik" iddiası böyük reaksiya çəkib. Etirazlarını dilə gətirən Türklər təşkilata etdikləri maddi yardımları dayandıracaqlarını bildirib.


Linz İslam Camaatı adlı müsəlman quruluşu üzvləri arasında bir fəaliyyət təşkil edən  qan donorları  Linz Rotes Kreuz şöbəsinə müraciət edib. Ancaq burada vəzifəli həkimin "qan donduran" cümlələriylə qapıdan geri qayıdıblar.


Müsəlman və Türk qanı almadıqlarını söyləyən həkimə etiraz edən dərnək rəhbərləri "Avstriyada tibbi yardım üçün qan , rəng , dil , irq və din ayrı-seçkiliyi varmı ?" şərhini edib.


Hadisənin mətbuata əks olunmasıyla çətin vəziyyətə düşən Linz Qırmızı Xaç Müdiri Christian Gabriel " Cənub-Şərqi Avropa ölkələrində Hepatit B virusu məşhurdur. Bu səbəblə qanlarının alınması rədd edilmişdir " şəklində bir şərh edib. Bütün dünyada olduğu kimi Avstriyada da alınan qanlar əvvəl nəzarətdən keçirilib, daha sonra istifadə edilir.