"New York Times"dan Putinə açıq məktub

12 Fevral 2014 16:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Amerikanın məşhur qəzetlərindən "New York Times" ( NYT) , Rusiya Dövlət Başçısı Vladimir Putinə xitab olaraq yazılan və aralarında Madlen Olbrayt , Morton Abramovitz kimi tanınmış siyasətçi , diplomat , din adamı və sənətçilərin olduğu 51 nəfərin imzasını daşıyan bir məktub yayımlayıb. Məktubda Rusiya , Suriyadakı insan faciələrinə daha həssas olmağa çağırılır , Moskvadan Suriya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ( BMGK) qərar qanununa dəstək verməsi istənilir.


Açıq məktubda , Soçidəki Qış Olimpiadalarında dostluq və qardaşlıq mühiti meydana gəldiyi xatırladılaraq , bura min kilometr uzaqlıqdakı Suriyada isə böyük bir insani böhranın yaşandığı vurğulanıb.


Bu vaxt Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası ( SMDK ) tərəfindən edilən yazılı şərhdə , Təhlükəsizlik Şurası qərar qanununa dəstək istənib. SMDK , layihənin veto edilməsinin Suriya xalqının daha çox qanının axmasına göz yumulması mənasına gələcəyini vurğulayıb.