Nobel prospekti bağlandı

12 Fevral 2014 15:54 (UTC+04:00)

Bakıda daha bir yol bağlanır. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən anspress-ə verilən məlumata görə, Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Məhdudiyyət təmir işləri ilə əlaqədardır. 


"Azəryolservis" ASC-dən verilən məlumata əsasən, təmir işləri yaxın saatlarda yekunlaşacaq. Sürücülərə alternativ olaraq Babək və Gəncə prospektlərindən istifadə etmələri tövsiyə olunur.