Səidə Sultan : Oğlanımın xasiyyəti ağırdır !
12 Fevral 2014 17:42 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, müğənni Səidə Sultan sevgilisindən
danışıb. Mövqe.az xəbər verir ki, dəlisov müğənni bu dəfə
münasibətlərinin çox ciddi olacağını açıqlayıb : " Münasibətimiz
ciddidir. Fikirlərimdə canlandırdığım kişi obrazı həmişə
olub. Həmin kəsi tapmışam. Münasibətimiz ciddidir. Toyumuz olsa
qoymaram ki, media iştirak etsin".
Müğənni bunun səbəbini də açıqlayıb: " Oğlanımın xasiyyəti
ağırdır. Bir az ağır xasiyyətli oğlandır".
Bütün bunlar haqqında "Şou+" verlişində danışan Səidə
Sultan sonda yalançı evlilikdən uzaq qaçdığını da
açıqlayıb.