Elman Mehdiyev vətəndaşlarla görüşəcək

12 Fevral 2014 21:30 (UTC+04:00)

Qəbulda Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləriiştirak edəcək

DSMF sədri Elman Mehdiyev fevralın 19-da Sumqayıtda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Fonddan Ans press-ə verilən məlumata görə, Elman Mehdiyev 19 fevral tarixdə, saat 11:00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.


Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:


Fondun Aparatında (012) 434-12-34;

Sumqayıt şəhər şöbəsində (018) 652-15-15;

Qubadlı rayon şöbəsində (018) 654-41-37; (018) 654-41-08;

Qobustan rayon şöbəsində (020) 245-22-30;

Xızı rayon şöbəsində (023) 315-01-64.


Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Sumqayıt şəhər şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.