NATO Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlikdən təəssüflənir

8 İyun 2012 12:46 (UTC+04:00)

"Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlik, baş verən insidentlər NATO-da təəssüf hissi doğurur".

APA-nın məlumatına görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lau (William Lahue) deyib: "Ümid edirik ki, yaranmış vəziyyət regionda daha da qeyri-sabitliyə yol açmayacaq".

U. Lau onu da deyib ki, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Amma NATO Qarabağ probleminin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində iştirak etmir. Biz ATƏT-in Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyirk".