Firuzə İbadova özündən 20 yaş kiçik sevgilisi haqqında danışdı - ÖZƏL

13 Fevral 2014 11:12 (UTC+04:00)

Əməkdar artist Firuzə İbadovanın  özündən 20 yaş kiçik sevgilisi olduğu deyilir. Mövqe.az –ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün müğənnin özü ilə əlaqə saxlayıb. Əməkdar artist kanalların birində bununla bağlı yayımlanan süjeti gördüyünü açıqlayıb. Ancaq xəbərin doğru olmadığını deyən Firuzə xanım eksklüziv olaraq fikirlərini bizimlə bölüşüb: " Allah etməsin. Allah məni o günə qoymasın. Heç vaxt elə şey ola bilməz. Bir qızım və bir qız nəvəm var. Mənim nə 20 yaş özümdən kiçik sevgilim nə də başqa biri var. Həyatyoldaşım rəhmətə gedəndə 40 yaşım var idi. Ondan sonra həyatımda heç kim olmayıb. Mən başqa cür tərbiyə almışam. Azərbaycanlı qadınına xas olan tərbiyə, əxlaq, düşüncə sahibiyəm. Bizlərdə qadın bir dəfə ailə qurar. Əri öldüsə vəssalam. Ərim öləndə mən də onunla birlikdə öldüm".

Müğənni cavan sevgilisi olan yaşlı müğənnilərimiz barədə də fikrini açıqlayıb: " İnanmıram bizdə elə şey olsun. Amma olsa da hər kəs özü bilər. Deməli onun ruhu cavandı ki, özündən 20  yaş kiçik bir kişi ilə sevgili olur. Bu ürəkdir, ruhdur. Ürəyə nə siz, nə də ki, mən söz keçirə bilərik. Əhsən elə kəslərə ki, özlərini elə cavan saxlaya və kompleksiz münasibət yarada bilirlər. Məndə bu alınmaz".