Qalib jurnalistlər mükafatlandırıldı

13 Fevral 2014 13:45 (UTC+04:00)

Bu gün Nizami rayon İcra Hakimiyyətində Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri elan olunub. Movqe.az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək qeyd edib ki, ötən ilin noyabr ayında rayon ictimaiyyətinin, icra strukturlarının nümayəndələri ilə media rəhbərləri arasında görüş keçirilib: "Görüşün yekunu olaraq fərdi jurnalist yazı müsabiqəsi elan edilən və bu gün həm də qaliblər mükafatlandırılır".  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə çıxışında əvvəlcə Nizami rayonunun sosial iqtisadi inkişafı ilə bağlı fikirlərini bildirmiş, rayonun dinamik tərəqqi yolunda olduğunu diqqətə çatdırıb.KİVDF-nin yaradılması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verən Vüqar Səfərli, ölkə başçısı cənab İlham Əliyevin mətbuata diqqət və qayğısından da danışıb. V. Səfərli bildirib ki, keçirilmiş müsabiqəyə ötən ilin noyabr ayının 19-dan dekabr ayının 20-dək yazılar qəbul olunmuşdur. Müsabiqəyə ümumilikdə 43 jurnalist yazı təqdim edilmiş, yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra, 1-ci yer üçün 1 nəfər, 2-ci yer üçün 2 nəfər,3-cü yer üçün 3 nəfərdən ibarət qaliblər müəyyənləşdirilib. Bundan əlavə 11 jurnalist isə həvəsləndirici mükafata layiq görülmüşdür".Qaliblərin mükafatlandırılmasından öncə, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov media ilə fəal əməkdaşlığına görə, KİVDF-nin xüsusu diplomuna layiq görülüb. Daha sonra qaliblər mükafatlandırılıb. "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçirilmiş müsabiqədə Rəşidova İlhamə Rəfael qızı ("Azadinform" müstəqil informasiya agentliyinin müxbiri) -1-ci yerə, Bayramov Rasim Məzahir oğlu ("Mövqe" qəzetinin baş redaktoru), Ağayev İlkin Ağahüseyn oğlu ("Palitra" qəzetinin siyasət şöbəsinin müdiri)- 2-ci yerə, Səfərova Samirə Məmmədhənifə qızı ("Bakı xəbər" qəzetinin baş redaktor müavini ), Hümmətov Aqşin Şahin oğlu ("Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru), Quliyev Mirbağır Baloğlan oğlu ("Xalq" qəzetinin əməkdaşı)-3-cü yerə layiq görülüb. Həvəsləndirici yerlərin qaliblər isə, Məmmədov Seymur Fərhad oğlu ("Day.az" informasiya portalının baş redaktor müavini), Cəfərov Müşfiq Mirzə oğlu ("Respublika" qəzetinin redaksiya müdiri), Hüseynli Alim Ziyadxan oğlu("Olaylar" qəzetinin müxbiri), Rzayev Zahid Asəf oğlu ("İki Sahil" qəzetinin bölmə müdiri), Allahverdiyeva Samirə Qasım qızı ("Azərbaycan Dövlət Teleqraf Agentliyi"nin müxbiri), Osmanova Sevinc Gülməmməd qızı ("Həftə-içi" qəzetinin müxbiri), Əfəndiyev Pünhan Şövkət oğlu ("Üç nöqtə" qəzetinin baş redaktor müavini), Hüseynova Pərvanə Rafiq qızı ("The Business Times" qəzetinin müxbiri), İbrahimov Əli Zülfüqar oğlu ("Xalq Cəbhəsi" qəzetinin müxbiri), Cəfərova Səriyyə Müslüm qızı ("Bizim Yol" qəzetinin müxbiri), Paşa Elşad Əlhüseyn oğlu("Yeni Müsavat" qəzetinin müxbiri) olub. Qaliblər Nizami Rayon İcra Hakimiyyətinin və KİVDF-nin xüsusi diplomu ilə təltif olunub,həvəsləndirici yerlərə layiq görülənlərə isə təşəkkürnamələr təqdim olunub.