Ollande tək qaldı

13 Fevral 2014 12:56 (UTC+04:00)

Şəxsi həyatındakı qalmaqallarla gündəmdən düşməyən Fransa prezidenti Fransua Olland, 3 günlük ABŞ səfərinin ikinci günündə Obamanın qonağı olaraq Ağ Evdəki dövlət yeməyinə qatılıb. 

Movqe.Az xəbər verir ki, Aktrisa Culie Qayetlə gizli bir münasibət yaşadığının ortaya çıxmasıyla sevgilisi Valerie Trierveilerdən ayrılan Hollande yeməyə tək getdiyi üçün protokol da bu vəziyyətə görə edilib. Olland, ABŞ prezidenti Barak Obama və həyat yoldaşının arasındakı stulda əyləşib.