Suriyaya gedən gənclərlə bağlı millət vəkilindən həyəcanlı açıqlama

13 Fevral 2014 12:30 (UTC+04:00)
"Mən çox təəssüf edirəm ki, bizim gənclərimiz din pərdəsi altında lazımsız yerlərə döyüşlərə gedirlər.. Suriyaya döyüşmək üçün aparılan gənclər Azərbaycan üçün də fəsadlar törədə bilərlər. Onların Suriyaya getməsinin qarşısı alınmalıdır".    

Movqe.az xəbər verir ki, bu sözləri Nizami Rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunlarına həsr olunmuş tədbirdə millət vəkili Flora Qasımova səsləndirib. F. Qasımova ölkəmizdə gənclərin inkişafı üçün tədbirlər görüldüyünü, Azərbaycan gəncliyinin inkişafının daim diqqət mərkəzində olduğunu söyləyib.