Bu gözəlçənin adından istifadə edib...

13 Fevral 2014 15:36 (UTC+04:00)

Türkiyənin məşhur model, müğənni, aktrisa və  aparıcısı kimi özünü təqdim və təsdiq edən Asuman Krausenin adından istifadə edib, ictimai mediada saxta hesab açan şəxs axtarılır. Mövqe.az Türkiyə mediasına istinadən bildirir ki, həmin kəs Asuman Krausenin adından müxtəlif şirkətlərdən ayaqqabı , ətir , hətta tort belə istəyib.  Hətta fırıldaqçılar , bu hədiyyələr üçün Bursada bir ünvan da veriblər. Asuman Krause, öz adıyla açılan saxta Twitter və Facebook hesablarının bağlanılması üçün İstanbul Respublika Prokurorluğuna müraciət edib.


Qeyd edək ki, prokurorluq istintaqa başlayıb.