TQDK-dan abituriyentlərə müraciət

13 Fevral 2014 15:40 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iş nömrəsini və şifri unutmuş abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonları ilə ala bilərlər. Qeyd olunub ki, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən "Elektron ərizə vermək üçün ödəmə kartı" əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq almaq mümkündür. "Elektron ərizə vermək üçün ödəmə kartı"nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.