Uitni Hyustonun ölümü haqqında gözlənilməz hesabat – FOTO

5 Aprel 2012 18:44 (UTC+04:00)

Dünya şöhrətli müğənni Uitni Hyustonun ölüm səbəbləri açıqlanıb. Movqe.Az xəbər portalını BBC-nin internet saytına istinadən verdiyi xəbərə görə, Məhkəmə Tibb İnstitunun hesabatında, fevralın 11-də 48 yaşlı müğənni U.Hyustonun oteldə hamamda olərkən su dolu vannasında üzüstü olduğu bildirilib. Müfəttişlər, hamamda qatlanan bir kağız parçası, üzərində ağ toz qalıqları olan kiçik bir qaşıq və portativ bir ayna tapdığını qeyd ediblər.

Bundan başqa, keçən ay açıqlanan ilk hesabatdan fərqli olaraq, budəfəki 42 səhifəlik hesabatda daha detallı məlumatlar yer aldığı açıqlanıb. Ekspertlər cəsədin yarılması zamanı U.Hyustonun kokain istifadəçisi və ürək çatışmazlığı ilə bağlı olaraq boğulduğu qənaətinə gəliblər.

Hesabata əsasən, müğənninin, burunun deşiklərinin normadan artıq geniş və məsaməli olması onun uzunmüddətli narkotik asılılığını təsdiq edib.

Qeyd edək ki, U.Hyuston, "Qremmi" mükafatının təqdim olunma mərasiminə qatılmadan əvvəl ABŞ-ın Beverli ştatında yerləşən "Hilton" otelində olarkən otağında ölü tapılmışdı.


Fuad Mədətov